Onlayn ictimai-siyasi qəzet
İraq hökuməti ABŞ döyüş bölmələrinin və lojistik dəstək qüvvələrinin ölkəni tərk etdiyini açıqlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Vaşinqton bu məlumatı rəsmi olaraq təsdiqləməyib.
İraq hökumətinin sözçüsü bu açıqlamanı 28 sentyabr gecəsi verib.
ABŞ və İraq 2024-cü ildə Amerika qoşunlarının geri çəkilməsi ilə bağlı razılığa gəliblər. Vaşinqtonun məlumatına görə, son illərdə İraqa təxminən 2500 ABŞ əsgəri yerləşdirilib.
Sonuncu Amerika bölmələri Ərbil şəhərində, Bağdad hava limanı yaxınlığındakı hərbi bazada və paytaxtda hökumət ofislərinin yerləşdiyi "Yaşıl zona"da olub.
ABŞ və müttəfiqləri 2014-cü ildən bəri İraq və Suriyada İŞİD terror təşkilatına qarşı mübarizə aparır.
Təşkilat hər iki ölkədə əvvəllər nəzarət etdiyi böyük əraziləri itirsə də, bəzi gizli qrupları qalmaqdadır və terror hücumları həyata keçirməyə davam edir.
Bildirilir ki, İrandakı müharibə fonunda İraqdakı təhlükəsizlik vəziyyəti də pisləşib. Münaqişə zamanı ölkədəki ABŞ obyektlərinə və kürd qüvvələrinin obyektlərinə hücumlar edilib.
Məlumata görə, ABŞ qoşunlarının çıxarılması başa çatdığı 28 sentyabrda, yəni "Müstəqillik Günü" kimi də tanınan tarixdə İraqda bayram tədbirlərinin keçirilməsi gözlənilir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ