Onlayn ictimai-siyasi qəzet
Ermənistan-Rusiya ticarətində ciddi geriləmə qeydə alınıb. Həm təkrar ixracın, həm də meyvə-tərəvəz tədarükünün həcmi azalıb.
Musavat.com xəbər verir ki, bunu rəsmi statistika göstərir.
Mütləq rəqəmlərlə Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi təxminən 3,33 milyard dollardan 2,63 milyard dollara düşüb. Beləliklə, ticarət dövriyyəsində təxminən 700 milyon dollarlıq azalma qeydə alınıb.
Əsas geriləmə iyun ayının payına düşüb. Bu, Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükünə məhdudiyyətlərin tətbiq edilməsindən sonraya təsadüf edib.
Bir ay ərzində Ermənistanın ixracının fiziki həcmi 32 min tondan 16 min tona enərək yarıbayarı azalıb. Pul ifadəsində isə göstərici 36 milyon dollardan 16 milyon dollara düşüb.
Eyni zamanda, Ermənistanın Avropa İttifaqına təzə meyvə, tərəvəz, şərab və konyak ixracı cüzi həcmdə qalır. İlin ilk aylarında ixrac artımı əsasən xammal məhsullarında müşahidə olunub.
ABŞ-yə ixrac da aşağı səviyyədə qalmaqda davam edir. Buna Ermənistan istehsalı olan folqanın ABŞ bazarına çıxışına faktiki qadağanın təsir göstərdiyi bildirilir.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ