İnsanlara hürriyət, millətlərə istiqlal!

İslah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdiri öldürülüb.

Hadisə Aydın vilayətinin Nazilli qəsəbəsində baş varib.

İslah müəssisəsinin müdiri olan Hayal Alkış yaşadığı evdə ölü halda tapılıb. Onun bədənində zorakılıq əlamətləri aşkar olunub. Araşdırma zamanı onun həmin müəssisənin digər əməkdaşı olan 3 uşaq atası S.V. tərəfindən öldürüldüyü üzə çıxıb.

S.V. saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, Hayal Alkış bir müddət əvvəl ərindən boşanıb. Onun ölümü qadınla əlaqə saxlaya bilməyən yaxınlarının polisə müraciət etmələri nəticəsində məlum olub./lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR