Onlayn ictimai-siyasi qəzet
İsrail Ordusunun (ÇAXAL) Baş Qərargah rəisi Eyal Zamir bu gün Qəzza zolağına səfər edərək ərazidəki operativ vəziyyəti yerindəcə qiymətləndirib.
Musavat.com xəbər verir ki, o bildirib ki, atəşkəsə baxmayaraq, bütün cəbhələrdə təhlükələrin qarşısının alınması və aradan qaldırılması istiqamətində işlər davam edir.
“Biz bütün cəbhələrdə hazır olmalı, döyüş hazırlığını və ayıqlığımızı operativ qaydalara uyğun şəkildə qoruyub saxlamalıyıq. İsrail Ordusu qəfil müharibə ssenarisinə hazırlaşır”, — Eyal Zamir vurğulayıb.
O həmçinin qeyd edib ki, HƏMAS-ın bərpa olunmasına imkan verilməyəcək: “Biz sektorun əhəmiyyətli hissələrinə nəzarət edirik və əsas xətləri əlimizdə saxlayırıq. Sarı xətt yeni sərhəd xəttidir: yaşayış məntəqələri üçün ön müdafiə xətti və eyni zamanda hücum xəttidir.”
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ