İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə Azərbaycanla Ermənistan arasında sülhə töhfə verib

Bir il öncə Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. İsveçrə bu prosesə töhfə verə bilib. Ölkəmiz prosesin dəstəklənməsinə hər zaman hazırdır.

Musavat.com xəbər verir ki, bu fikirləri Bakıda mətbuat konfransında İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis bildirib.

“Mən həmkarımı sazişin imzalanması və həyata keçirilməsi üçün zəruri olan səyləri davam etdirməyə çağırıram. Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqələndirici halqadır. Orta Dəhlizin və etibarlı, şaxələndirilmiş ticarət marşrutlarının inkişafı müasir qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir. Regional qarşılıqlı əlaqələrin və əməkdaşlığın gücləndirilməsi İsveçrə üçün də maraqlıdır”, - o qeyd edib.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR