Onlayn ictimai-siyasi qəzet
"Prokurorluq və vəkillik instutu bir-birinə çox yaxındır. Vəkillik cəmiyyətin tərkib hissidir".
Musavat.com xəbər verir ki, bu fikirləri bu gün Baş prokuror Kamran Əliyev Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli mərasimində çıxışı zamanı deyib.
Baş prokuror qeyd edib ki, müxtəlif ölkələrin hüquq sitemindən asılı olaraq dövlətlərdə vəkillik institutlarının rolları müxtəlifdir:
“Yaxşı istintaqçı daim savadlı vəkillərin bilik və bacarıqlarından yararlanmalıdır. Bəzən deyirlər vəkillər və prokurorlar müxtəlif cəbhələrdədir. Amma prokuror və vəkil bəzən bir cəbhədə olurlar. Bu mənada həmin fikir bir qədər səhvdir.Fəxrlə qeyd edirəm ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Vəkillik İnstitutunun dinamikası müsbətə doğru dəyişib”.
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ