İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada bir əsrdən çoxdur itkin sayılan əfsanəvi brilyant TAPILDI - VİDEO

Musavat.com xəbər verir ki, Kanadanın Kvebek əyalətində bank seyfində tapılan 137 karatlıq açıq-sarı brilyantın məşhur “Florensiyalı” olduğu müəyyən edilib. Bu qiymətli daşın Medici və Habsburq sülalələrinə məxsus olduğu təsdiqlənib.

Tarixi mənbələrə görə, brilyant Avstriya-Macarıstan imperiyasının süqutundan sonra – 1919-cu ildə oğurlanmış və o vaxtdan bəri tamamilə itkin sayılırdı.

Araşdırmalar nəticəsində məlum olub ki, sonuncu imperator I Karlın dul arvadı Zita Burbon-Parm İkinci Dünya müharibəsi illərində nasistlərdən qaçaraq “Florensiyalı” brilyantı özü ilə Kanadaya aparıb. O, daşın sirrini yalnız iki oğluna etibar edib və seyfin ərinin ölümündən yüz il sonra açılmasını vəsiyyət edib. 

Bu vəsiyyət əsasında Zitanın nəvələri seyfi media nümayəndələrinin iştirakı ilə açaraq, brilyantın mükəmməl vəziyyətdə qaldığını açıqlayıblar.

Tarixçilər bildirirlər ki, “Florensiyalı” brilyant Avropanın ən sirli və ən qiymətli daşlarından biri sayılır. Əfsanəyə görə, o, Hindistandan Portuqaliyalılar tərəfindən gətirilmiş, daha sonra Burqundiya hersoqu Qarl Şücaət üçün yonulmuş, oradan da Medici sülaləsindən Habsburqlara keçərək imperator hakimiyyətinin simvoluna çevrilmişdi. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR