İnsanlara hürriyət, millətlərə istiqlal!

Kenanla Bergüzar da xilas edə bilmədi: “A.B.İ.” finala getdi  

İlk mövsümündə yüksək reytinqləri ilə diqqət çəkən, Azərbaycanda da geniş izləyici auditoriyası qazanan “A.B.İ.” serialı ekranla vidalaşmağa hazırlaşır. Kenan İmirzalıoğlu ilə Bergüzar Koreli 11 ildən sonra yenidən tərəfdaş kimi bir araya gətirən layihə gözlənilən marağı doğrulda bilməyib.

Türkiyə mediasında yayılan məlumata görə, serialın 23-cü bölümü final olacaq. Bölümün oktyabrın 6-da yayımlanması gözlənilir. “A.B.İ.”nin 22-ci bölümü isə sentyabrın 29-da efirə gedib.

Ulduz transferləri də yetərli olmadı

İlk mövsümün sonunda Afra Saraçoğlunun layihədən ayrılmasından sonra yaradıcı heyət seriala yeni nəfəs gətirməyə çalışdı. “Karadayı”dan 11 il sonra Kenan İmirzalıoğlu ilə Bergüzar Korelin yenidən eyni ekran işində tərəfdaş olması böyük maraq doğurdu. Kadroya Mustafa Üstündağ və Saadet Işıl Aksoy kimi tanınmış aktyorlar da qoşuldu.

Ancaq bu dəyişikliklər tamaşaçı marağını əvvəlki səviyyəyə qaytara bilmədi. Sentyabrın 29-da yayımlanan bölüm “Total” reytinq qrupunda 2,90 göstərici ilə 9-cu yerdə qərarlaşdı. “AB” qrupunda isə serial ilk onluğa düşmədi.

Reytinq düşüşü final qərarını gətirdi

“A.B.İ.”nin ikinci mövsümü sentyabrın 8-də başlamışdı. İlk bölümlərdən etibarən çərşənbə axşamı efirə çıxan serial güclü rəqiblərlə mübarizədə mövqelərini itirdi. Reytinq göstəricilərinin geriləməsi və tamaşaçı marağının azalması nəticəsində layihənin davamı ilə bağlı final qərarı verildiyi bildirilir.

Beləliklə, böyük gözləntilərlə başlayan “A.B.İ.”nin hekayəsi cəmi iki mövsümdən sonra başa çatacaq. Final bölümündə Doğan və Leylanın taleyinin necə tamamlanacağı isə serialın izləyicilərini maraqlandıran əsas sualdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR