İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişinyov hava limanında HƏYƏCAN – Bütün uçuşlar DAYANDIRILDI

Moldovanın Kişinyov beynəlxalq hava limanında partlayıcı təhlükəsi səbəbindən iş dayandırılıb.

Musavat.com xəbər verir ki, ölkənin Sərhəd Polisi şübhəli baqaj aşkarladığını və içərisində partlayıcı maddə ola biləcəyini bildirib. Hadisə yerinə mina axtaran qruplar və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Bütün sərnişinlər və personal təxliyə edilib, uçuş qeydiyyatı dayandırılıb. Hazırda hava limanından uçuşların bərpası ilə bağlı qərar gözlənilir. Qeyd edək ki, Kişinyov hava limanından Ukrayna vətəndaşları da tez-tez xaricə səfərlər üçün istifadə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR