Onlayn ictimai-siyasi qəzet
Bu gün Kiyevin mərkəzində prezident Volodimir Zelenskiyə və korrupsiyaya etiraz aksiyası keçirilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, aksiyada təxminən 100 nəfər iştirak edib.
Aksiya iştirakçılarının plakatlarında “Zelenski — cinayətkar”, “Prezident istefaya getsin”, “Korrupsiyaya yox”, habelə həbs olunan NABU detektivi Ruslan Maqomedrasulova dəstək şüarları əks olunub.
Aksiyanın təşkilatçısı Saakaşvilinin keçmiş tərəfdaşı Mariya Barabaşdır.
O bildirib ki, tələblər yerinə yetirilməyənə qədər hər şənbə aksiyaya çıxacaq.
Barabaş tələbləri isə bunlardır:
-Ruslan Maqomedrasulovun azadlığa buraxılmasını
-Timur Mindichin Ukraynaya ekstradisiyasını
-Andrey Yermakın vəzifədən azad edilməsini — onu “korrupsiya sxemlərinin lideri” adlandırır.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ