Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Şimali Kipr Türk Respublikasının (KKTC) yeni prezidenti Tufan Erhürman ilk rəsmi xarici səfərini qardaş Türkiyəyə edib.
Ankarada keçirdiyi görüşlərdən sonra açıqlama verən Erhürman Kipr məsələsində prinsipial mövqelərini bir daha vurğulayıb. O bildirib ki, Kipr adasında iki ayrı icma — türk və rum icmaları mövcuddur və türk icmasının hüquqları heç vaxt müzakirə predmeti ola bilməz.
Erhürman qeyd edib:
“Türk icmasının öz müqəddəratını təyin etmək haqqı və adadakı mövcudluğunu inkar etmək heç vaxt danışıqların mövzusu ola bilməz”.
Səfər zamanı iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq məsələləri də gündəmdə olub.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ