Onlayn ictimai-siyasi qəzet
Rusiya mediası ölkədə vətəndaşlıqla bağlı qanunvericiliyin daha da sərtləşdirildiyini yazır.
Musavat.com xəbər verir ki, yeni redaksiyada hazırlanmış qanun layihəsinə əsasən, əcnəbi vətəndaş olan valideyn hərbi qeydiyyata (voinski uçot) durmaqdan imtina edərsə, onun iradəsi əsasında Rusiya vətəndaşlığı almış uşaqların da vətəndaşlığı ləğv oluna bilər.
Məlumata görə, bu norma yalnız sonradan, valideynin müraciəti əsasında Rusiya vətəndaşlığı əldə etmiş uşaqlara şamil ediləcək. Qanun layihəsində xüsusi olaraq qeyd olunur ki, doğuşla Rusiya vətəndaşlığı alan uşaqlar bu siyahıya daxil edilmir.
Eyni zamanda, ikinci valideyn Rusiya vətəndaşıdırsa, belə hallarda uşaqların vətəndaşlıqdan məhrum edilməsi nəzərdə tutulmur. Bu isə dəyişikliklərin əsasən miqrant ailələrinə və hərbi uçotdan yayınan şəxslərə qarşı yönəldiyini göstərir.
Qeyd olunur ki, sözügedən təşəbbüs Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi, həmçinin hərbi qeydiyyatdan yayınma hallarının qarşısının alınması məqsədi daşıyır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ