İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan parlamentindən Madyarla bağlı QƏRAR

Macarıstan parlamenti Baş nazir Peter Madyarın və keçmiş baş nazir Viktor Orbanın hökumətində çalışmış iki deputatın toxunulmazlığını qaldırıb.

Musavat.com xəbər verir ki, ölkə prokurorluğunun vəsatəti əsasında qəbul edilən qərar barədə Macarıstanın “Index” və “Telex” nəşrləri məlumat yayıb.

Peter Madyarla bağlı cinayət işi 2024-cü il iyunun 21-də baş verdiyi bildirilən insidentlə əlaqədardır. Hadisə Madyarın Avropa Parlamentinə seçilməsindən təxminən iki həftə sonra baş verib.

İstintaqın versiyasına görə, Madyar gecə klubunda onu videoya çəkən şəxsin telefonunu əlindən alaraq Dunay çayına atıb.

Parlamentin toxunulmazlığın qaldırılması ilə bağlı qərarından sonra hadisə üzrə hüquqi araşdırmanın davam etdirilməsi mümkün olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR