Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur aktyor cütlüyü Sinem Kobal və Kenan İmirzalıoğlu xoşbəxt evlilikləri ilə diqqət çəkməyə davam edir.
Musavat.com xəbər verir ki, 2016-cı ildə ailə quran cütlük iki qız övladı - Lalin və Leylanın valideynləridir.
Sosial şəbəkələrdə tez-tez ailəvi paylaşımları ilə gündəmə gələn məşhurlar bu dəfə Antalya tətilindən romantik fotolarını izləyiciləri ilə bölüşüblər.
Bir müddət əvvəl evliliklərinin 10-cu ildönümünü qeyd edən Sinem Kobal və Kenan İmirzalıoğlu istirahət üçün Antalyaya yollanıblar. Cütlük tətil zamanı çəkdirdikləri sevgi dolu kadrları "Instagram" hesablarında paylaşaraq izləyicilərinin marağına səbəb olub.
Məşhur cütlüyün yeni paylaşımı qısa zamanda minlərlə bəyənmə və çoxsaylı rəylər toplayıb. İzləyicilər onların xoşbəxt ailə həyatına heyranlıqlarını ifadə ediblər.
Könül
Musavat.com


24 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ