İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurların övladları məzun oldu – “Son zəng” sevinci sosial şəbəkədə paylaşılır


Bu gün Azərbaycanda “Son zəng” günüdür. Ölkə üzrə bütün məktəblərdə 11-ci sinfi başa vuran şagirdlər üçün təntənəli tədbirlər keçirilir.

Musavat.com bildirir ki, bir sıra məşhurlar övladlarının məzun olması ilə bağlı sevinc dolu paylaşımlar edərək bu unudulmaz anları izləyiciləri ilə bölüşüblər.

Tanınmış aparıcı Lamiyə Ələkbərovanın oğlu Nicat bu il 11-ci sinfi uğurla başa vurub. Aparıcı “Son zəng” mərasimindən görüntülər paylaşaraq oğluna gələcək həyat yolunda uğurlar arzulayıb, bu günün onun üçün qürurverici olduğunu vurğulayıb.

Aparıcı Mətanət Əliverdiyevanın oğlu Əli də bu il məzun olan şagirdlər sırasındadır. O, sosial şəbəkə hesabında oğlunun fotosunu paylaşaraq “Nə tez böyüdün. Səni təbrik edirəm” sözləri ilə duyğularını ifadə edib.

Tanınmış hüquqşünas Ramil Süleymanovun qızı da bu gün məzuniyyət sevincini yaşayan gənclərdən biridir. O, qızı ilə birgə fotosunu paylaşaraq övladına gələcək həyatında uğurlar və yeni nailiyyətlər arzulayıb.

Xalidə,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR