İnsanlara hürriyət, millətlərə istiqlal!

Millinin sabiq baş məşqçisindən SON DƏQİQƏ “Qarabağ” AÇIQLAMASI: “Bizi aldatmamalıdır...”

Azərbaycanın qüruru “Qarabağ” Çempionlar Liqasının Liqa Mərhələsində V oyunundan məğlub ayrıldı. Rəqib İtaliya nəhənglərindən “Napoli” idi. Bu, “Köhlən atlar”ın ikinci dəfə 0 xalla meydanı tərk etməsi oldu. Amma Ağdam təmsilçisi sona qədər oynadığı oyunla bir daha milyonların rəğbətini qazana bildi.

“Bu məğlubiyyət gözlənilən idimi” sualına yəqin ki, hər kəs “bəli” cavabını verərdi.

Əgər 305 milyon büdcəlik daha bir türk klubumuz, İstanbul nəhənglərindən “Qalatasaray” cəmi 50 min əhalisi olan bir kənd klubuna öz evində, 50 mindən çox azarkeşin önündə məğlub olursa, büdcəsi özündən qat-qat yüksək olan “Napoli”yə, bir oyunçunun qiyməti qədər büdcəsi olmayan klubumuz uduzursa, Qurban Qurbanovun oyunçularını necə qınaya bilərik?

Mkkk8S6SmUKpZhR7N52mwANCPqJXa31mJfijFbBf_825.jpg (147 KB)

Digər tərəfdən, italyan klubu bu oyununu dünya futbolunun əfsanələrindən sayılan, “Napoli”nin tarixi kimi qəbul edilən Dieqo Maradonanın ölümünün 5 illiyinə həsr edirsə, demək bu nəticəni haradasa başa düşmək olardı. Özü də 4 xala sahib “Napoli”dən söhbət gedir.

Amma klubumuzun 24-lüyə düşmək şansları kifayət qədər böyükdür. Belə ki, qarşıda qalan 3 oyunun ikisi Bakıda, biri isə səfərdədir. Dekabrın 10-da “Köhlən atlar” Niderlandın “Ayaks”ını qəbul edəcək. Rəqibin durumu çox ağırdır. Hazırda 0 xalla 36-cı, yəni sonuncu pillədə qərarlaşıb. Qazanıla biləcək qələbə ilk 24-lüyün qapısını əməlli-başlı aça bilər.

VrGrjuEL4lIMhc2cPUwfTe119FxsbaQtS3ZG1I2U_825.jpg (79 KB)

Yanvarın 21-də isə Azərbaycan çempionu ardıcıl ikinci dəfə ev oyununu keçirəcək. Rəqib alman klubu “Ayntraxt” olacaq. Bu oyundan da xal və xallar almaq mümkündür.

Sonuncu oyunumuz “Liverpul”la olacaq. Dünyada kiçik Çempionlar Liqası adlanan bir daxili çempionatın qalibi olan klubdur. Hər halda futbol azarkeşləri bu oyun üçün daha çox “Qarabağ”ın hesabına 0 xal yazmış olar. Amma hər şey mümkündür...

DİNİYEV.jpg (92 KB)

Azərbaycan millisinin keçmiş baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın şansları barədə fikirlərini Musavat.com-la bölüşüb:

“Şanslar həmişə var. Bu gün “Qarabağ” elə bir vəziyyətdədir ki, nə liderdir, nə də sonuncu pillələrdə qərarlaşır. 24-lüyə düşmək üçün çox gözəl şansları var. Ötən il 11 xalla 3 klubdan ikisi düşə bilmədi. Amma düşünürəm ki, bu il daha az xalla 24-lüyə düşmək mümkün olacaq. Hətta ola bilsin ki, 9 xal da kifayət etdi. Çünki ötən ilə nisbətən 0, 1, 2 və ya 3 xalı olanlar daha çoxdur. Onların hər birinin qarşıdakı 3 oyunda maksimum xal toplaması, yəni 9 xal qazanmaları qeyri-mümkündür. Bu baxımdan hesab edirəm ki, 10 xal bəs edə bilər.

“Qarabağ”ın 3 oyunu qalıb. Bu oyunların hər biri klub üçün vacibdir. Amma düşünürəm ki, evdəki “Ayaks” oyunu bir keçid oyunu olacaq. Lakin 0 xalı olsa da, “Ayaks” bizi aldatmamalıdır. Oyuna olduğundan daha ciddi yanaşmasaq, işimiz olduqca çətin olacaq. Evdə onlara qalib gəlsək, 24-lük şansı məncə, həll olunacaq. Ancaq holland klubudur, baxmayaraq ki, sonuncu yerdədir, adı üstündədir. Məşqçi dəyişiklikləri də olub. Bir sözlə, Bakıda papaqlarını yerə atmayacaqlar. Özlərinə layiq futbol oynayacaqlar.

AYAK.jpg (143 KB)

Qaldı ki, növbəti iki oyun - “Ayntraxt” və “Liverpul”. Alman klubu ilə evdə, ingilis nəhəngi ilə səfərdə oynayacağıq. Amma “Qarabağ” bu gün elə bir imic yaradıb ki, hər bir komanda ilə oynamaq gücündədir. “Napoli” ilə oyunda uduzdu, amma yetərindən artıq da savaşdı. Bu baxımdan “Ayaks” oyunu çox həlledici olacaq. “Qarabağ”a uğurlar arzulayıram!”

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR