Onlayn ictimai-siyasi qəzet
Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşən Xocalı rayonu, Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlunun vəziyyəti açıqlanıb.
TƏBİB-dən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi) 26.04.2026-cı il tarixində saat 14:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Partlayış travması, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Şahanə Rəhimli
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ