İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva diz çökdü: “Əziz miqrantlar, yalvarırıq, geri dönün!” -Video

Rusiyanın paytaxtında güclü qar yağışı şəhər təsərrüfatını iflic vəziyyətinə salıb: küçələr təmizlənmir, nəqliyyat dayanır, həyətlərdə vəziyyət nəzarətdən çıxıb.

Musavat.com xəbər verir ki, illərdir Moskvanın kommunal sistemini faktiki olaraq Mərkəzi Asiyadan olan miqrant işçilər ayaqda saxlayırdı.

Son aylarda aparılan kütləvi reydlər, deportasiyalar və “təhlükəsizlik təhdidi” isterikası fonunda minlərlə miqrant şəhəri tərk edib. Nəticə isə göz qabağındadır: onlar olmayanda Moskva qarın altında qalıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə sakinlərin özlərinin kürək götürərək avtobusları və maşınları qardan çıxardığı, kommunal xidmətlərə etiraz etdiyi görünür. Eyni zamanda bir müddət əvvəl səslənən “Çamadan – vağzal – evinə!” şüarları ironik şəkildə xatırladılır.

İndi isə şəhər rəhbərliyi yaranmış kəskin işçi çatışmazlığını tələsik şəkildə digər ölkələrdən gətirilən fəhlələrlə doldurmağa çalışır. Lakin ictimai rəydə artıq açıq şəkildə etiraf edilir: Moskva illərlə ucuz və ağır miqrant əməyindən asılı olub və bu asılılıq ilk ciddi sınaqda bütün sistemi çökdürüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR