İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva sabiq nazirləri AXTARIŞA VERDİ

Rusiya İstintaq Komitəsi Ukraynanın keçmiş müdafiə nazirləri Oleksiy Reznikov və Mixail Fedorovun beynəlxalq axtarışa verilməsi təşəbbüsü ilə çıxış edib.

Musavat.com xəbər verir ki, qurumun iddiasına görə, Reznikov və Fedorov müvafiq vəzifələrdə olarkən Donbasda "cəza xarakterli hərbiləşdirilmiş əməliyyatların" keçirilməsi barədə əmrlər veriblər.

Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Oleq İvaşçenko və Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") da beynəlxalq axtarışa verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR