Onlayn ictimai-siyasi qəzet
Moskvada güclü külək və qarla müşayiət olunan fırtınalı hava şəraiti hökm sürür.
Musavat.com xəbər verir ki, kommunal xidmətlərin məlumatına görə, paytaxtda küləyin sürəti saniyədə 18 metrədək yüksəlib. Güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində ağaclar aşıb. Xüsusilə Tverskoy bulvarında iri yolka ağacının aşdığı bildirilir.
Məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var. Zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Şəhər xidmətləri sakinlərə ehtiyatlı olmağı, ağacların və reklam lövhələrinin yaxınlığında dayanmaqdan çəkinməyi, təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Fırtınalı hava şəraitinin bir müddət davam edəcəyi gözlənilir.
Musavat.com
18 Avqust 2026
01:54 ABŞ və Ukrayna arasında məxfi xətt tam gücü ilə bərpa edildi – Rusiya daxilində nə hazırlanır?
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ