İnsanlara hürriyət, millətlərə istiqlal!

Murat Övüç 11 aylıq həbs olundu

Türkiyəli tanınmış sosial media fenomeni, bloqer Murat Övüç haqqında məhkəmə qərarı çıxıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə Murat Övüç barəsində "cəmiyyətin bir hissəsinin qəbul etdiyi dini dəyərləri açıq şəkildə aşağılama" maddəsi ilə 11 ay həbs cəzası verib.

Övüç məhkəmədə videonu zarafat məqsədilə və hicablı izləyicilərini sevindirmək üçün çəkdiyini bildirib. O hər hansı pis niyyətinin olmadığını deyərək üzr istəyib.

Qeyd edək ki, Murat Övüçün başıbağlı video paylaşmasından sonra "Küçükçekmece Cumhuriyet Başsavcılığı" tərəfindən araşdırma başladılmışdı.

O, 20 dekabr 2025-ci ildə həbs edilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2026

14 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR