İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkobaronun öldürülməsindən sonra ölkə qarışdı: hava limanları ələ keçirildi – FOTO, VİDEO

Meksikada tanınmış narkobaronun öldürülməsindən sonra vəziyyət kəskin şəkildə gərginləşib.

Musavat.com xəbər verir ki, silahlı narkokartel üzvləri təhlükəsizlik qüvvələrinə qarşı açıq hücumlara başlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının başına görə 1200 dollar məbləğində mükafat elan edilib.

Bildirilir ki, bir sıra hava limanları silahlı qruplar tərəfindən ələ keçirilib, bəzi sərnişin təyyarələri isə yandırılıb. Hadisələr fonunda bir neçə şəhərdə xaos hökm sürür.

Eyni zamanda, Meksika Milli Qvardiyası, hərbi qüvvələr və xüsusi təyinatlılar narkokartel üzvləri ilə genişmiqyaslı qarşıdurmaya girib. Şəhərlərin müxtəlif hissələrində pusqular və silahlı toqquşmaların baş verdiyi bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR