İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə 42 deputat Moskva ilə işçi qrupundadır?  

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının say tərkibi xüsusi diqqət çəkir. Kiçik bir araşdırma apardıq və məlum oldu ki, deputatlar ən çox Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda təmsil olunurlar. 53 nəfərdirlər. Sonrakı sırada qərarlaşan ölkə isə yəqin ki, hər kəsdə təəccüb doğuracaq. Bu dövlət şimal qonşumuz Rusiyadır. Qanunverici orqanın 42 deputatı Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibindədir. Bu isə Milli Məclisin üzvlərinin 3/1-i deməkdir.

Türkiyəni başa düşdük. Bəs Rusiya? Dövlətlərarası münasibətlərdə enişli-yoxuşlu mərhələlərdən keçilən bir ölkə ilə bağlı yaradılan işçi qrupu üçün bu rəqəm çox deyilmi?

Dövlətin gücünə görə bu müəyyən edilirsə, dünyanın supergücü Amerikadır. Amma Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun cəmi 20 üzvü var. Parlamentin I və II çağırışında təmsil olunan, millət vəkili olduğu zamanlar Azərbaycan—Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olan, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a açıqlamasında suallara bu cür cavab verdi:

"Prinsip etibarı ilə elə bir norma yoxdur ki, parlamentlərarası işçi qruplarının tərkibi necə olmalıdır. Bu, konkret olaraq işçi qrupları yaradılanda müəyyən olunur. Ola bilsin ki, orada əlaqələrin vacibliyi əsas götürülür. Burada başqa bir meyar da əsas götürülə bilər. Amma hər halda bir qayda yoxdur ki, işçi qrupunun tərkibi necə müəyyən edilməlidir. Adətən Milli Məclisin ilk sessiyasında, yaxud sonrakı sessiyalarının birində bu işçi qruplar formalaşdırılır və 5 il müddətində qalır. Amma açıq deyək ki, bu qrupların elə də effektiv fəaliyyəti görünmür. Əksər hallarda bu işçi qruplar formal xarakter daşıyır. Düzdür, bu qrupların əsas fəaliyyətlərindən biri odur ki, digər ölkələrin parlamentlərarası işçi qrupları ilə əlaqələr yaratsın, birgə tədbirlər keçirsinlər.

Parlamentlər arasındakı münasibətlərin də daha səmərəli və yaxşı olmasında bu qrupların rolu az deyil. Amma təcrübə göstərir ki, Azərbaycanda bu işçi qruplar demək olar toplanmır. Əksər hallarda müvafiq ölkələrin qanunveririci orqanları ilə əlaqələr yaradılmır. Eyni zamanda, qarşı tərəflər də fəaliyyətsiz qalırlar. Bir iki fəaliyyətlə bağlı nəyisə qeyd etmək olar. Amma dediyim kimi, formal xarakter daşıdığı üçün say tərkibi önəm daşımır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR