İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan “Tramp marşrutu” ilə bağlı ŞOK ETİRAF

Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP (“Tramp marşrutu”) layihəsinin həyata keçirilməsi zamanı yaranan çətinliklərə toxunub. O bildirib ki, böyük infrastruktur təşəbbüslərində hər zaman yeni suallar meydana çıxır və hazırkı mərhələdə aktual olan bütün məsələlər artıq aydınlaşdırılıb.

Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, indiyədək ölkədə əsasən kiçik və sadə layihələr icra olunub və bu tip layihələrdə sualların olub-olmadığını əvvəlcədən demək mümkün olur.

“Biz böyük layihələrə vərdiş etməmişik. Halbuki irimiqyaslı layihələrdə hər zaman cavab gözləyən suallar ortaya çıxır və bu suallar daim yenilənir”, – deyə o qeyd edib.

Baş nazir vurğulayıb ki, bir problem həll edildikdə, onun ardınca daha bir neçə yeni məsələ meydana çıxır.

“TRIPP o qədər böyük layihədir ki, hətta fəaliyyətə başladıqdan sonra belə (dəmir yolu, qaz kəməri, neft kəməri, elektrik ötürücü xətlər və digər komponentlər daxil olmaqla) üzərində işlənməli olan suallar qalacaq”, - deyə Paşinyan bildirib.

O, bu prosesi uzun bir yol ilə müqayisə edərək qeyd edib ki, qısa məsafəni əvvəlcədən görmək mümkündür, lakin uzun yolda növbəti mərhələni anlamaq üçün müəyyən məsafə qət etmək lazımdır.

“Hazırkı mərhələdə aktual olan bütün suallar artıq aydınlaşdırılıb”, – deyə Ermənistan hökumətinin başçısı əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR