İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian təhlükəsizlik qüvvələrini etirazçılara qarşı təkminli olmağa çağırdı

İran prezidenti Məsud Pezeşkian təhlükəsizlik qüvvələrini ölkə daxilində 10 gündən çoxdur davam edən etirazçılara qarşı maksimum təmkinli olmağa çağırdı.

Musavat.com xəbər verir ki, o, "Əl-Ərəbi" televiziyası tərəfindən yayımlanan açıqlamada "Hər hansı bir zorakılıq və məcburiyyətdən qaçınmaq lazımdır" deyib: "Maksimum təmkin tətbiq edilməli, dialoq və dinc ünsiyyət təmin edilməli və İran xalqının tələbləri yerinə yetirilməlidir."

Qeyd edək ki, dünən Tehranda, Təbrizdə və Məşhəddə genişmiqyaslı nümayişlər keçirilib. Paytaxtda etirazçılar Ayətullah Kaşani bulvarında, Yusifabad və Azadi rayonlarında toplaşıblar. Onlar hökumət əleyhinə şüarlar səsləndirib və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR