Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynada hücum əməliyyatlarını geniş miqyasda davam etdirdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya qoşunları döyüş təmas xəttinin bütün istiqamətlərində, sərhəd zonasında, Donetsk və Luqansk vilayətlərində, eləcə də Zaporojye və Xerson bölgələrində irəliləyir.
“Qoşunlarımız bütün döyüş təmas xətti üzrə, sərhəd zonasında, Donetsk Respublikasında, Luqanskda, Zaporojyedə və Xersonda irəliləyir”, – deyə Putin vurğulayıb.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ