İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaşı Hökümədən danışdı: "Uşaqlıqdan bilirdik ki..." - VİDEO

"Bacımın qəhrəmanlığı ilə sona qədər fəxr edəcəyik. Biz onun fədakar olduğunu uşaqlıqdan bilirdik. Hökümə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər".

Musavat.com xəbər verir ki, bunu bu gün II Fəxri xiyabanda Milli qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib.

O bildirib ki, bu 200 ildən bir baş verən hadisədir:

"Bacım həmişə qəhrəman olacağını deyirdi. Müasir dövrdə hamı Avropadan geyim, mədəniyyət öyrənir. Avropa da bizdən qəhrəmanlıq öyrənə bilər. Hökümə uşaqlıqdan, tələbəlikdən səbirli insan idi. Təyyarə qəzasında da o cür səbir nümayiş etdirdi, insanları təşvişə düşməyə səslədi və qəhrəmanlıqla həlak oldu".

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR