İnsanlara hürriyət, millətlərə istiqlal!

Qış parkında avtomobil qəzası: yanğın saniyələr içində söndürüldü – FOTO

Bakının mərkəzində yerləşən Qış parkı ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, minik avtomobili idarəetmədən çıxaraq parkın yaxınlığındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə yanğın başlayıb.

Hadisə yerində olan vətəndaşlar dərhal vəziyyətə müdaxilə ediblər. Yaxınlıqdakı restoranlardan birinin yanğınsöndürən balonlarından istifadə olunaraq avtomobildə baş verən yanğın qısa müddətdə söndürülüb.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadası və FHN-in yanğınsöndürənləri cəlb olunub. Operativ müdaxilə nəticəsində təhlükə tam aradan qaldırılıb.

Qeyd edək ki, vaxtında görülən tədbirlər sayəsində xəsarət alan olmayıb.

2dc1d9f7-5867-483d-ad32-2e5dbc6cb568.jpg (348 KB)

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR