Onlayn ictimai-siyasi qəzet
“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu ARB24 televiziyasının efirində yayımlanan “Gündəm” proqramının canlı yayımında çıxış edib.
Musavat.com xəbər verir ki, aparıcı Çinarə Nurməmmədovanın təqdimatında keçirilən verilişdə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, səfər zamanı imzalanan mühüm sənədlər və əldə olunan siyasi-iqtisadi nəticələr müzakirə edilib.
Canlı yayımın digər əsas mövzusu Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı vəziyyəti, sülh prosesinin perspektivləri və bu gün Ermənistan parlamentində başlanan müzakirələr olub.
Rauf Arifoğlu Nikol Paşinyan hökumətinin 2026–2031-ci illər üçün proqramını, Ermənistanın yeni Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması məsələsini, “Dördüncü Respublika” konsepsiyasını, TRIPP layihəsini və İrəvanın Rusiya ilə münasibətlərində yaranan gərginliyi şərh edib.
Musavat.com “Gündəm” proqramının yayımını təqdim edir:
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ