İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqsanə oğlu ilə Şəhidlər xiyabanına getdi - VİDEO

"Bu gün mənim üçün çox özəl, çox duyğulu bir gündür. Oğlum Muhammad Alinin 5 yaşı tamam olur. 5 yaş - bir ananın ömründə həm sevincdir, həm məsuliyyət, həm də dua. Oğlum, sən bu torpağın övladısan. Mən səni sadəcə böyütmürəm, mən səni Vətənə əmanət böyüdürəm. Çünki inanıram ki, sən Azərbaycanın gələcək əsgərisən".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə yazıb.

Oğlu Muhammad Alinin 5 yaşı tamam olduğunu bildirən Rəqsanə şəhid yaxınlarını da bir araya yığaraq, əsgər geyimində Şəhidlər xiyabanına gedib.

Sənətçi fikirlərini belə davam etdirib: 

"Apardım ki, öz qəhrəmanlarını tanıyasan, bu torpağın hansı canlar bahasına qorunduğunu kiçik yaşından anlayasan. O gün orada şəhid analarının baxışlarında bir ana olaraq özümü gördüm, qazi qardaşlarımızın duruşunda isə Vətənin gücünü hiss etdim. Onların mənə verdiyi mənəvi dəstək ömrüm boyu yaddaşımdan silinməyəcək.

Bir daha bütün şəhid analarının qarşısında baş əyirəm, şəhidlərimizə Allahdan rəhmət, qazi qardaşlarımıza can sağlığı diləyirəm.

Oğlum, sən böyüyəndə bilməlisən ki, bu torpaq müqəddəsdir. Sən öz qardaşlarını, öz qəhrəmanlarını tanımalısan. Mən istəyirəm ki, sən milli ruhda, Vətən sevgisi ilə, vicdanlı və mərd bir insan kimi böyüyəsən. Bu, bir ana olaraq mənim ən böyük arzumdur.

Ad günün mübarək, balam… Allah səni qorusun, yolunu açıq etsin. Mənim balaca oğlum, mənim gələcək əsgərim…"


Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR