Onlayn ictimai-siyasi qəzet
Azərbaycana qarşı radikal mövqeyi ilə tanınan erməni fəalın açıqlaması nifrət və qarşıdurma ritorikası kimi qiymətləndirilir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Azərbaycana qarşı sərt revanşist mövqeyi ilə tanınan, “Ayakve” adlı radikal təşkilatın koordinatoru Avetik Çalabyan sosial şəbəkədə növbəti qalmaqallı paylaşım edib.
Çalabyan Xankəndidə yerləşən və işğal dövründə inşa edilmiş qanunsuz tikililərdən biri ilə bağlı emosional açıqlamalar verərək hədsiz cümlələr işlədib.
Lakin paylaşımın ən diqqətçəkən hissəsi onun səsləndirdiyi təhlükəli mesajlar olub. O, açıq şəkildə “qisas gələcək” ifadəsini işlədib və erməniləri birləşərək hərəkətə keçməyə çağırıb.
Onun sözlərinə görə, bu “qisas” yenidən təkrarlanmamaq üçün gəlməlidir.
Qeyd edək ki, “Ayakve” hərəkatı son illər Ermənistanda radikal milli gündəm, revanşizm və Azərbaycan əleyhinə kampaniyalarla tanınır.
Xüsusilə ASALA kimi erməni terror təşkilatlarının qanlı keçmişi nəzərə alınanda, bu cür qisasçı çağırışlar ciddi təhlükə siqnalıdır. Azərbaycan cəmiyyəti və aidiyyəti qurumlar bu tip revanşist ritorikanı diqqətlə izləməli, mümkün təxribat və radikal meyllərə qarşı ayıq-sayıq olmalıdır.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ