İnsanlara hürriyət, millətlərə istiqlal!

Riskli əməliyyat keçirən Afaq Bəşirqızının həkimi: “Səhnəyə qayıtması üçün...”

Xalq artisti Afaq Bəşirqızı ötən gün onurğa sütununda yaranmış ciddi problemlə əlaqədar riskli əməliyyat keçirib. Əməliyyat üçün xüsusi olaraq Almaniyadan Bakıya gələn tanınmış neyrocərrah, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) sədri Turab Qasımov sənətkarın səhhəti, əməliyyatın gedişi və sonrakı bərpa prosesi ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Xalq artisti Afaq Bəşirqızının əməliyyatı necə keçdi? Hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

– Əməliyyat uğurlu keçdi. Hazırkı vəziyyəti yaxşıdır, özünü yaxşı hiss edir və artıq hərəkət edir.

Afaq xanımın yenidən səhnəyə qayıtması üçün nə qədər vaxt tələb oluna bilər?

– Sabah artıq Afaq xanım evə yazılacaq. Səhnəyə qayıtması isə reabilitasiya prosesinin gedişindən asılı olacaq.

WhatsApp Image 2026-06-05 at 14.09.44.jpeg (5 KB)

– Neçə ildir Almaniyada fəaliyyət göstərirsiniz və bu ölkədə peşəkar yolunuz necə başlayıb?

– Son 15 ildir Almaniyada fəaliyyət göstərirəm. Bunun 2 ili, yəni 2021-2023-cü illər arasında Amerika Birləşmiş Ştatlarında keçib.

– Almaniya səhiyyə sisteminin əsas üstünlükləri nələrdir?

– Əsas üstünlüyün komanda işi olduğunu düşünürəm.

– Almaniyada çalışan azərbaycanlı həkimlərin sayı sizi qane edirmi? Azərbaycanlı həkimlərin orada hansı sahələrdə daha çox fəaliyyət göstərdiyini müşahidə edirsiniz?

– Diplomlarının təsdiqlənməsi prosesində olan həkimləri də nəzərə alsaq, Almaniyada 3000-ə yaxın azərbaycanlı həkim fəaliyyət göstərir.

– Son illər azərbaycanlı həkimlərin xaricə üz tutmasının əsas səbəbləri nədir, sizcə? Bu proses daha çox maddi amillərlə bağlıdır, yoxsa peşəkar inkişaf imkanları ilə? Azərbaycanda həkimlərin ölkədə qalmasını stimullaşdıracaq hansı addımlar atılmalıdır?

– Xaricə üz tutmağa və peşəkar inkişafa müsbət yanaşıram. Məncə, əsas məsələ xaricdə qazanılan bilik və təcrübə ilə Azərbaycana necə töhfə vermək olar sualına cavab tapmaqdır.

– Xaricdə uğur qazanan azərbaycanlı həkim kimi gənclərə nə tövsiyə edərdiniz?

– Uğurun sonu yoxdur. Amma hesab edirəm ki, bugünkü Tibb Universiteti tələbələri bizim dövrümüzlə müqayisədə daha aktiv və daha məlumatlıdırlar. Məhz buna görə də onların gələcəkdə daha uğurlu olacaqlarına inanıram.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR