Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxan müğənni Şəbnəm Tovuzlunu səhnədən qovması barədə yayaılan xəbərlərə münasibət bildirib.
Musavat.com xəbər verir ki, Xalq artisti “Elgizlə izlə” verilişində danışıb. O, səhnədə olan zaman başqasının səhnədə olmasını sevmədiyini bildirib:
“Mən dəli qızam. Həmin ad günündə o qədər adam səhnəyə çıxdı ki, performans göstərə bilmədik. Şəbnəm xanımın doğum günündə ona Elçinlə yeni mahnımızı hədiyyə etdik. Çıxışdan öncə Elçinlə kulisdə görüşmüşdü. Yazıldığı kimi Elçinə hörmətsizlik edilmədi. Mən də səhnədə olanda başqasının olmasını sevmirəm. Həm də yeni duetimizi təqdim edəcəkdik. Ona görə dedim, qonaqların yanına düşsün”.
Könül
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ