Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət katibi Marko Rubio İrana endirilən zərbələrdən sonra planlaşdırılan İsrail səfərini təxirə salıb.
Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamenti martın 2-nə nəzərdə tutulan səfərin mövcud şəraitlə əlaqədar ləğv edildiyini açıqlayıb.
“Hazırkı vəziyyətlə əlaqədar Dövlət katibi Rubio martın 2-də İsrailə getməyəcək”, – deyə qurumun bəyanatında bildirilir. Yeni səfər tarixi barədə isə məlumat verilməyib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ