İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rusiya məşhur stadionu raketlə VURDU - VİDEO

Rusiya qoşunları avqustun 7-si, cümə günü Odessaya zərbə endirib. Hücum nəticəsində yerli “Çernomorets” futbol klubunun stadionu zərər görüb.

Musavat.com xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak və Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleg Kiper bildiriblər.

“Düşmən Odessaya hücum etdi. İdman infrastrukturu zərər görüb. İlkin məlumata görə, xəsarət alanlar var”, - deyə Lısakın bəyanatında bildirilir.

O, zərbənin dəqiq haraya endirildiyini dəqiqləşdirməyərək, atışmanın bütün təfərrüatlarının araşdırıldığını əlavə edib. Lakin bundan əvvəl sosial şəbəkələrdə “Çernomorets”in stadionuna hücum edildiyi barədə məlumat yayılmışdı.

Ukrayna Telegram kanalları stadionun zədələndiyini yazır. Həmçinin bir nəfərin xəsarət aldığı bildirilir.

Kiper zərbənin şəhərin mərkəzində yerləşən “Çernomorets” futbol stadionuna endirildiyini təsdiqləyib.

“Dam örtüyü, şüşələr və tribunalar dağıntılara məruz qalıb. İlkin məlumata görə, təəssüf ki, bir nəfər xəsarət alıb”, - deyə onun bəyanatında qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR