İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 7 ayda narkotik qaçaqmalçılığı ilə bağlı 114 fakt aşkar olunub

Azərbaycanda bu ilin ilk 7 ayında hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 114 fakt aşkar edilib.

Bu barədə Musavat.com-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 606 kq 095,682 qr və 20 930 ədəd həb metadon narkotik vasitə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 134-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 383 kq 889,2 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qr güclü təsir edən maddə müsadirə edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR