İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sovet dövrünə qayıdır: məktəbi bitirdin — məcbur işləməlisən

Rusiya sovet dövrünə qayıdır: məktəbi bitirdin — məcbur işləməlisən

Rusiyada pedaqoji ali məktəblərin tələbələri üçün kadet (hərbi internat) məktəblərində məcburi iş mexanizminin tətbiqi müzakirə olunur.

Musavat.com xəbər verir ki, Dövlət Dumasında səsləndirilən təşəbbüs müəllim çatışmazlığı problemini aradan qaldırmaq məqsədi daşıyır.

Deputatlar təklifi tibb universitetlərinin məzunları üçün tətbiq edilən məcburi üçillik iş modeli ilə müqayisə edirlər. Hazırda dövlət hesabına təhsil alan tibb məzunları təhsil xərclərinin əvəzini işləməklə ödəməli olurlar. Eyni yanaşmanın pedaqoji ali məktəblərə də şamil edilməsi təklif olunur.

Təşəbbüs müəlliflərinin fikrincə, kadet təhsili ölkədə ən nüfuzlu sahələrdən birinə çevrilməlidir və valideynlər övladlarını bu məktəblərə verməyə maraqlı olmalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR