Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ nümayəndə heyətləri bu həftəsonu Florida ştatının Mayami şəhərində Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün görüşməsi gözlənilir.
Musavat.com xəbər verir ki, məlumatı Amerikanın "Politico" qəzeti mənbələrə istinadən yayıb. Bildirilir ki, danışıqlarda Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner iştirak edəcəklər.
Qeyd edək ki, ABŞ və Rusiyanın hazırladığı ilkin plan noyabrda Ukraynaya təqdim olunub. Ötən müddət ərzində Ukrayna Avropa İttifaqı və ABŞ-la plana öz təklifləri əsasında mühüm dəyişikliklər edib. Bazar günü başlanan danışıqlarda məhz yenilənmiş plan müzakirə olunacaq.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ