İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ard-arda PARTLAYIŞLAR: Şəhərdə yanğın başladı, uçuşlar DAYANDI - VİDEO

Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatı Rusiyanın Çeboksarı şəhərində 12 mərtəbəli yaşayış binasına zərbə endirib.

Musavat.com xəbər verir ki, məlumatı “Baza” Telegram kanalı yayıb.

Hadisə zamanı sakinlər ümumilikdə beş partlayış səsi eşidildiyini bildiriblər. Şahidlərin sözlərinə görə, yerli ticarət mərkəzinin yaxınlığında güclü yanğın və qalın tüstü müşahidə olunub.

Hadisədən sonra Çeboksarı ilə yanaşı Gelenjik, Kaluqa və Tambov şəhərlərində də təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR