Onlayn ictimai-siyasi qəzet
Rusiyalı keçmiş senator Umar Cəbrayılov Moskvadakı otellərdən birində intihar edib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, bu, iş adamı Umar Cəbrayılovun 2020-ci ildən bəri ikinci intihar cəhdidir.
Bildirilir ki, oteldə ağır yaralı halda tapılan Cəbrayılovun yanında tapança aşkar edilib.
“Mash”-ın məlumatına görə, iş adamı xəstəxanaya ağır vəziyyətdə, şəxsiyyəti məlum olmayan xəstə kimi aparılıb. Onun şəxsiyyəti daha sonra, mühafizəçiləri xəstəxanaya gəldikdən sonra müəyyən edilib.
Qeyd olunur ki, o, 2020-ci ildə bir dəfə intihara cəhd edib, lakin xilas edilib.
Umar Cəbrayılov 28 iyun 1958-ci ildə Qroznıda anadan olub. 1997-ci ildə Rusiyada yeni ticarət mərkəzlərini - Manejnaya meydanındakı “Oxotnıy Ryad” və Smolenski keçidini idarə edən “Plaza” şirkətlər qrupunda top menecer vəzifəsinə yüksəlib. 2000-ci ildə o, prezidentliyə namizədliyini irəli sürüb və səslərin 0,1%-ni toplayaraq 11-ci yeri tutub. 2004-cü ildən 2009-cu ilə qədər Çeçenistanı təmsil edən Federasiya Şurasının üzvü olub.
Onu da qeyd edək ki, son illərdə Rusiyada dövlət və özəl sektora daxil olan böyük şirkətlərin top-meneceri olan 18 şəxs intihar edib. U.Cəbrayılov ən azı 19-cudur. Ondan əvvəlkilərin bir çoxu məhz otellərdə intihar ediblər və əksəriyyəti özünü hündürlükdən yerə atıb. Bu isə onlara intihar etməkdə köməklik gösərənlərin olduğuna dair şübhələr yaradır.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ