Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər saatlarında Ukraynanın dron hücumuna məruz qalan Rusiyanın Orenburq vilayətində yerləşən “Orsknefteorgsintez” neft emalı zavodu fəaliyyətini tamamilə dayandırmalı olub.
Musavat.com xəbər verir ki, vilayətin ən böyük müəssisələrindən biri ilan zavod ildə təxminən 6 milyon ton neft emal gücünə malikdir. Qubernator Yevgeni Solntsevin sözlərinə görə, hücum nəticəsində əsas avadanlıqlara zərər dəyib. Hazrıkı sanksiya rejimində xaricdı istehsal olunmuş bu avadanlıqların bərpası ən yaxşı halda 6 ay vaxt aparacaq.
Qubernator bildirib ki, hava hücumundan müdafiə qüvvələri və mobil yanğınsöndürmə qrupları 11 dronu vurub, lakin onlardan birinin qalıqları zavodun ərazisinə düşərək yanğına səbəb olub. Reuters mənbələrinə görə, dron bir neçə emal avadanlığına, o cümlədən ildə 1,6 milyon ton gücə malik hidrokrekinq kompleksinə zərər verib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna sərhədindən 1500 km-dən çox məsafədə yerləşən neft emalı zavoduna zərbə endirildiyini təsdiqləyib.
Bu, zavoda edilən ilk hücum deyil. Bundan əvvəl hücumlar 3 oktyabr və 11 noyabr 2025-ci il, eləcə də 29 aprel 2026-cı il tarixlərində qeydə alınıb. Avqustun 11-dəki dağıdıcı hücumdan sonra bu gün də zavoda zərbələr endirilib. Son hücumun ən dağıdıcı olduğu sübut edilib: region artıq digər ərazilərdən yanacaq tədarükünün artması və təchizat zəncirlərinin yenidən təşkili kimi mümkün ssenariyə hazırlaşır. Hazırda Orenburq bölgəsindəki 287 yanacaqdoldurma məntəqəsinin təxminən 80 faizii fəaliyyətdədir, lakin onlar yanacağı əsasən ixtisaslaşmış nəqliyyat vasitələrinə satırlar. Regional işçi qrupu benzin və dizel yanacağının satışına məhdudiyyətlər və limitlər tətbiq etmək qərarına gəlib.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ