Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Krasnodar diyarında yerləşən Poltavskaya şəhərindəki neft anbarında Ukrayna dronlarının hücumu nəticəsində yanğın başlayıb.
Musavat.com xəbər verir ki, regional fövqəladə hallar idarəsi itkinin olmadığı, yanğının söndürülməsi üçün 32 nəfər və yeddi texnikanın cəlb edildiyinə dair məlumat yayıb.
Həmçinin bildirilib ki, pilotsuz təyyarənin hücumundan sonra Poltavskaya ilə Trudobelikovski arasındakı avtomobil yolu müvəqqəti olaraq bağlanıb.
Ukrayna dronları həmçinin gecə boyu Moskvanı da rahat buraxmayıb. Domodedovo, Vnukovo hava limanları işləməyib.
Səhər saatlarında isə Voronej, Ulyanovsk, Penza, Orlova, Tatarıstan, Çuvaşiyada raket həyəcanı elan edilib.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ