Onlayn ictimai-siyasi qəzet
Rusiyanın keçmiş əmək nazirinin müavini Aleksey Sklyar Moskvadakı evində ölü tapılıb. İlkin məlumatlara görə, o, intihar edib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, faciəli hadisədən əvvəl 50 yaşlı Aleksey Sklyar dostlarına hadisədə həyat yoldaşını günahlandıran mesaj göndərib. Qısa müddət sonra xilasedicilər onun Filimonkovskoye kəndindəki evinə gəliblər və onun cəsədini qapının ağzında tapıblar. Hazırda müstəntiqlər hadisənin səbəblərini araşdırırlar.
Sklyar 2018-ci ildən Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışıb və 2022-ci ildə Mixail Mişustin tərəfindən işdən çıxarılıb. Onun vəzifələrinə informasiya sistemləri və elektron hökumət xidmətləri ilə işləmək daxil idi.
Bundan əlavə, ölümündən əvvəl Sklyar hazırda Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyində çalışan keçmiş həmkarı ilə əlaqə saxlayıb və ona niyyətlərini bildirib. O, ölümündə həyat yoldaşının günahkar olduğunu vurğulayıb və mesajı oxuyanda artıq sağ olmayacağına dair xəbərdarlıq edib. Xilasedicilər cəsədin yaxınlığında yivsiz lüləli silah tapıblar.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ