Onlayn ictimai-siyasi qəzet
Türkiyədə bir fermer kənd təsərrüfatı sektorundakı qiymət dəyişikliklərinə etiraz olaraq maraqlı addım atıb.
O, yetişdirdiyi 4 ton pomidoru Antalya sakinlərinə pulsuz paylayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com" portalı məlumat yayıb.
Fermer Turan Kıvrak aqrar sahədəki kəskin qiymət dalğalanmalarından ciddi narazı qaldığını bildirib.
Onun sözlərinə görə, min bir əziyyətlə yetişdirdiyi pomidorlara uyğun qiymətə alıcı tapa bilmədiyi üçün məhsulunu insanlara pulsuz paylamaq qərarına gəlib:
"Qiymətlər daim dəyişir. Pomidorları satmaq əvəzinə, onları insanlarla bölüşməyə qərar verdim".
Məlumatda qeyd olunur ki, Turan Kıvrakın pomidor payladığı Antalyanın Serik rayonundakı Çinaraltı meydanında böyük izdiham yaşanıb. Pulsuz tərəvəz almaq istəyən onlarla sakinin iştirakı ilə meydanda uzun növbələr yaranıb.
Musavat.com



10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ