Onlayn ictimai-siyasi qəzet
Ukrayna polisi beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb.
Əməliyyat Ukrayna Milli Polisinin Cinayət Axtarışı Departamenti tərəfindən həyata keçirilib.
Bildirilir ki, Polşada törədilmiş qətldə şübhəli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı Kiyevdə saxlanılıb. Ukrayna polisinin əldə etdiyi əməliyyat məlumatları əsasında müəyyən edilib ki, İnterpol xətti ilə axtarılan şəxs paytaxtda gizlənib.
İddialara görə, o, 2025-ci ilin əvvəlində Varşava şəhərinin mərkəzində yerləşən gürcü restoranının yaxınlığında baş verən dava zamanı 31 yaşlı Gürcüstan vətəndaşını ürəyindən bıçaqlayıb.
Şübhəli Kiyevin Şevçenko rayonunda keçirilən əməliyyat zamanı tutulub. Onun üzərində 37 yaşlı Latviya vətəndaşının adına verilmiş saxta pasport aşkarlanıb.
Hazırda saxlanılan şəxslə bağlı ekstradisiya prosedurlarına başlanıldığı bildirilib./nocomment.az/
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ