İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhər meri dünyasını dəyişdi – ölüm səbəbi araşdırılır

Kabarda-Balkarın paytaxtı Nalçikin meri Taymuraz Axoxov 55 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə region rəhbərliyinin administrasiyası məlumat yayıb.

Məlumata görə, Taymuraz Axoxov 2018-ci ildən Nalçik şəhər administrasiyasına rəhbərlik edirdi. O, daha əvvəl vergi orqanlarında, hüquq-mühafizə strukturlarında və respublika hökumətində müxtəlif vəzifələrdə çalışıb.

1971-ci ildə anadan olan Axoxov Moskva Dövlət Universitetində təhsil alıb, iqtisad üzrə elmi dərəcə əldə edib. Onun üç övladı olduğu bildirilir.

Rusiya mediasının məlumatına görə, merin ölüm səbəbi kimi tromboemboliya və ürəyin dayanması ehtimalı araşdırılır. Faktla bağlı yoxlamalara başlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR