Onlayn ictimai-siyasi qəzet
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində yanacaq qaçaqmalçılığı ilə məşğul olan iki gəminin ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədə SEPAH telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, gəmidə bir milyon litrdən çox qanunsuz yanacaq olub.
Əməliyyat zamanı 15 xarici heyət üzvü saxlanılıb.
İran rəsmiləri əməliyyatların Korpusun dəniz bölmələri tərəfindən həyata keçirildiyini vurğulayıblar.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ