Onlayn ictimai-siyasi qəzet
Aktrisa Serenay Sarıkaya Türkiyədə narkotiklə bağlı aparılan istintaq çərçivəsində adı saxlanılma qərarı verilən 25 nəfərlik siyahıda yer aldığı xəbərlərinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, aktrisanın açıqlamasına görə, o hazırda ölkə xaricindədir və xəbəri əvvəlcədən planlaşdırdığı səfər zamanı öyrənib. Sarıkaya bildirib ki, mümkün olan ən qısa müddətdə Türkiyəyə qayıdaraq hüquqi prosedurlarda iştirak edəcək.
Onun paylaşımında belə deyilir:
“Xəbəri uzun müddətdir planlaşdırdığım səyahətimdə aldım. Mümkün olan ən qısa müddətdə ölkəmə qayıdıb lazımi bütün prosedurları yerinə yetirəcəyəm. Yaxşıyam, narahat olan hər kəsə sevgilər".
Könül
Musavat.com
18 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ