Onlayn ictimai-siyasi qəzet
Ermənistanın eks-prezidenti Serj Sərkisyanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı detallar açıqlanın. Bildirilir ki, noyabrın 8-də şəxsi səbəblərdən xaricə getməyi və 8-9 günə geri qayıtmağı planlaşdırsa da, Sərkisyanın planı baş tutmayıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Ermənistanın üçüncü prezidenti artıq bilet aldığını açıqlasa da, noyabrın 5-də prokurorluq tələsik ölkədən çıxışa qadağa qoyulması üçün məhkəmə qarşısında vəsatət qaldırıb.
Məhkəmə vəsatətləri iki dəfə rədd edib. Bundan sonra S.Sərkisyan yeni cinayətlərdə ittiham olunub və ona Ermənistanı tərk etmək qadağan edilib.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ