Onlayn ictimai-siyasi qəzet
2025-ci ildə Səudiyyə Ərəbistanı edamların sayı ilə bağlı öz antirekordunu yeniləyib. İlin əvvəlindən bu yana krallıqda 340 nəfər barəsində ölüm hökmü icra edilib.
Musavat.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Edam edilənlərin əksəriyyəti, 232 nəfər narkotiklə əlaqəli cinayətlərdə məhkum edilib.
Analitiklər edamların sayındakı artımı Ər-Riyadın 2023-cü ildə bu maddələr üzrə edamların bərpasından sonra narkotiklərə qarşı siyasəti sərtləşdirməsi ilə əlaqələndirirlər.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ